Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Ukrayna prezident Vladimir Zelenski ölkəsinin təcili surətdə NATO-ya qoşulmasının zərurəti haqda bəyan edib.
Zelenski deyib ki, əgər NATO Ukraynanı dəstəkləyirsə, “əgər onlar həqiqətən də bizi öz sıralarında görmək istəyirlərsə, binokldan hansısa uzaq gələcəyə baxmağın və gələcəyi müzakirə etməyin mənası yoxdur”.
“Məsələni dərhal həll etmək lazımdır”, – deyə o qeyd edib.
Zelenski bildirib ki, Ukraynanın müstəqilliyi hazırda təhlükədədir və ölkənin yardıma ehtiyacı var.
Bu məqaləni paylaş