Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya Bidzina İvanişvilinin bəyanatına münasibət bildirib.
“Hadisələr gözlənildiyindən də maraqlı və sürətli bir şəkildə inkişaf edir”, – deyə Qaxariya bildirib.
Onun sözlərinə görə, “heç kim və heç nə həqiqəti dayandıra bilməz” və “sonunda hər kəs bunu anlayacaq”.
Sabiq baş nazir əlavə edib ki, “biz Gürcüstan naminə birləşirik, kiməsə qarşı yox”.
Xatırladaq ki, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili siyasəti tərk etməsindən aylar sonra sükutu pozaraq şayiələrə reaksiya verib.
Bu məqaləni paylaş