Az.shafaqna.com “islamnews”-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sultanayevo kəndində yeni məscid açılıb.
Adıçəkilən kənddə 1920-ci ilədək məscid olub. Sovet hakimiyyətinin gəlişi ilə məscidin minarəsi dağıdılıb, məscidin özü isə kənd “mədəniyyət mərkəzinə” çevrilib.
2016-cı ildə kənd sakinləri yeni məscidin inşası təşəbbüsü ilə çıxış ediblər. Nəticədə 5 il öncə yeni məscidin təməli qoyulub, lakin tikinti bununla da dayanıb.
Amma bu il məscidin inşası ideyası yenidən canlanıb və cəmi 19 gün ərzində məscid tam şəkildə inşa edilib.
Bu məqaləni paylaş