İmam Əli (ə) ziyarətgahında İmam Sadiqin (ə) şəhadəti

Nəcəfdə İmam Əlinin (ə) pak qəbri olan ziyarətgahda 6-cı imam, həzrət Cəfər Sadiqin (ə) şəhadəti qeyd olunub.

Az.shafaqna.com xəbər verir ki, ziyarətgahın xadim və məddahlarının iştirakı ilə keçirilən mərasimdə mübarək qəbri Bəqidə olan İmam Sadiqin (ə) şəninə şeir və mədhiyələr oxunub.

Məddahlar Nəcəfdən Mədinəyə (Bəqi qəbiristanlığı Mədinədə Peyğəmbər ziyarətgahının yanındadır) salam göndəriblər.

 

Bu məqaləni paylaş