Minlərlə insanın qətlində əli olan terrorçu intihar etdi

Az.shafaqna.com AFP-a istinadən xəbər verir ki, “Boko Haram” beynəlxalq terror təşkilatının başçısı İŞİD terror təşkilatının yerli qolu ilə döyüşlərdə intihar edib.

Əbubaka Şekau partlayıcının işə düşməsi nəticəsində ölüb.

“Boko Haram” öz başçısının ölüm xəbərini hələ şərh etməyib.

Qeyd edək ki, İŞİD-in yerli qolu 2016-cı ildə fikir ayrılıqları səbəbi ilə “Boko Haram”-dan ayrılıb.

KİV-lərdə yayılan məlumata görə, Şekau İŞİD-çilərə əsir düşməmək üçün özünü öldürüb.

Xatırladaq ki, “Boko Haram”-ın Afrikadakı dağıdıcı terror fəaliyyəti nəticəsində minlərlə insan həyatını itirib.

Bu məqaləni paylaş