Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Latviyanın XİN başçısı Edqars Rinkeviçs bu gün Tbilisiyə ikigünlük rəsmi səfər edəcək.
Bu barədə Gürcüstan XİN-dən məlumat verilib.
Səfər çərçivəsində Gürcüstan XİN başçısı Daid Zalkaliani latviyalı həmkarı ilə şəxsi görüş keçirəcək, bundan sonra iki ölkənin geniştərkibli nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Latviya XİN başçısı Gürcüstan səfəri zamanı Baş nazir İrakli Qaribaşvili və parlament spikeri Kaxa Kuçava ilə də görüş keçirəcək. Danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, Gürcüstanın Avro-Atlantik gələcəyi, həmçinin Aİ vasitəçiliyi ilə Gürcüstandakı siyasi dialoqu müzakirə edəcəklər.
Bu məqaləni paylaş