Azərbaycanda koronavirusdan sağalanlar ciddi artır – Günlük statistika, faizlər

131
0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, 5 548 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.


Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  81.19 % faizi sağalıb. Yoluxanlardan 17.4 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  31560 nəfərin 1.41 faizi ( 448 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.