Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki şəhərində baş vermiş qatar qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.
Az.shafaqna.com xəbər verir ki, XİN-in “Twitter” səhifəsi başsağlığı mesajını yayıb.
Bəyanatda deyilir: “Biz Qotki şəhərində baş verən qatar qəzası ilə bağlı dərindən kədərləndiyimizi ifadə edirik. Həlak olan 30 sərnişinin ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Bizim fikirlərimiz və dualarımız bu ağır gündə qardaş Pakistanladır”.
We’re deeply saddened by news on deadly train accident in #Ghotki district of 🇵🇰. Our heartfelt condolences go to the families of deceased 30 passengers. Wishing speedy recovery to all injured. Our thoughts & prayers are with brotherly #Pakistan at this time.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 7, 2021