Pakistanda qatarlar toqquşdu: 36 nəfər həyatını itirib – FOTO

Yerli rəsmi qurumların məlumata görə qəza Pakistanın Sind əyalətində Qotki bölgəsində baş verib.

Az.shafaqna.com xəbər verir ki, ölkənin Qotki istiqamətdə irəliləyən qatarın vaqonu aşıb və qarşıdan gələn başqa qatar ilə toqquşub.

Qəzada 36 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qəzanın baş verdiyi ərazidə axtarma və xilasetmə işləri davam edir.

Hələki hadisənin səbəbləri barədə təfərrüatlar verilməyib.

Bu məqaləni paylaş