Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar.
Az.shafaqna.com xəbər verir ki, bununla bağlı fotonu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşıb.
H.Hacıyev bildirib ki, Səringül və Təyyarə bacıları həyatda olduqları qədər, ölümdə də yaxın idilər:
“Amma onların qəbir daşları ermənilərin qazdıqları səngərlə ayrılıb. Erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün sözlər kifayətsizdir. Hətta qəbiristanlıqlara da aman vermədilər”.
Seringul and Teyara sisters buried side by side – as close in death as they’d been in life. Their gravestones were seprated by military trench of armenian forces in Agdam. No words to depict essence and scale of Armenian vandalism. Even graveyards
not spared. @thecaspianpost pic.twitter.com/kXCbPgutEk— Hikmet Hajiyev (@HikmetHajiyev) June 6, 2021