Rusiya Jurnalistlər Birliyi iyunun dördündə Kəlbəcərdə baş verən faciə ilə əlaqədar Azərbaycana başsağlıöğı verib.
Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Birliyin saytında məlumat yerləşdirilib.
“Azərbaycanln Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki jurnalist həlak olub. İki həmkarımız – telekanal operatoru Sirac Abışov və AZƏRTAC informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov partlayışın qurbanı olublar.
Rusiya Jurnalistlər Birliyi həlak olmuş həmkarlarının yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd olunub.
Bu məqaləni paylaş