Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
Az.shafaqna.com xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı yerli mediaya bildirib ki, hazırda sərhəddə vəziyyət sakitdir: ” Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”.
Bu məqaləni paylaş