Türkiyə may ayında 64 PKK, 17 İŞİD terrorçusunu zərərsizləşdirib

Türkiyə may ayında həyata keçirilən antiterror əməliyyatlarında 10-u dırnaqarası yüksək səviyyəli terrorçu 81 terrorçu zərərsizləşdirilib.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Daxili işlər nazirinin müavini İsmail Çataklı terrora qarşı mübarizədə may ayına dair məlumat paylaşıb.

Daxili təhlükəsizlik əməliyyatları daxilində kənd ərazilərində may ayında 11 min 36, şəhərlərdə fəaliyyət göstərən terror təşkilatlarının hücrə təşkilatlanmalarına qarşı da min 51 əməliyyat həyata keçirilib.

Əməliyyatlarda 10-u dırnaqarası yüksək səviyyəli 81 terrorçu zərərsizləşdirilib. Bunlardan 64-ünün bölücü terror təşkilatı PKK/KCK, 17 nəfərinin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib.

15 terror aktının qarşısı alınıb və təşkilatın hərəkət etməsinə icazə verilməyib.

Bu məqaləni paylaş