Azərbaycanın iki boksçusu Tokio-2020-yə lisenziya qazanıb

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan milli komandasının heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çələbiyev bu hüquqa yiyələnib.

Dünya çempionu Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesdən (İrlandiya) üstün olub.

Çələbiyev 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada da iştirak edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Bu məqaləni paylaş