Az.shafaqna.com AP-a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Ventura şəhərinin sakininə 46 il öncə itirdiyi pul kisəsini geri qaytarıblar.
Kollis Disten öz pul kisəsini sonuncu dəfə 1975-ci ildə kinoteatra gedərkən görüb. Lakin pul kisəsi, ehtimalən, qadının çantasındakı deşikdən düşüb.
46 il sonra kinoteatr əməkdaşı həmin pul kisəsini zibillərindən arasından tapıb. Pul kisəsinin içərisində köhnə şəkillər, bilet, Kollin Distinin sürücülük vəsiqəsi olub.
Əməkdaş tapıntı barədə sosial şəbəkədə yazıb və bundan az müddət sonra xəbər sahibənin özünə də çatıb. Bundan sonra Kollin pul kisəsinin ardınca gəlib.
Onun sözlərinə görə, bu, “zaman kapsulunun” açılmasına bənzəyir.
“Bu, həqiqətən də çox gözəldir”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş