Kazimi: İraq və İran əlaqələrinin ən yaxşı dövrünü yaşayır

İraqın Baş Naziri Mustafa əl-Kazımi ölkəsi ilə İran arasındakı münasibətlərin ən yaxşı dövrdə olduğunu söyləyərək (özünün) bu əlaqələrin inkişafını təmin edən baş nazirlərin başında yer aldığını ifadə edib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Kazımi bu barədə paytaxt Bağdadda ev sahibliyi etdiyi bir qrup iranlı jurnalistə açıqlama verib.

Hər hansı bir qonşu ölkənin təhlükəsizlik vəziyyətinin İraq hökumətinin prioritetləri arasında olduğunu vurğulayan Kazimi terror təşkilatı İŞİD üzvlərinin İran sərhədini keçmə və İran xalqına zərər vermək cəhdlərinə qarşı İranı bütün gücü ilə dəstəklədiklərini önə çəkib.

İranla münasibətlərin ən yaxşı dövrünü yaşadığını və bunundan qürur duyduğunu söyləyən Kazımi “Mən İraq və İran arasında ortaq ikitərəfli münasibətlərin inkişafını təmin edən baş nazirlərin başında yer alıram”, – deyə əlavə edib.

İraq Baş naziri İranın çətin dövrlərdən keçdiyini və istənilsə bu ölkəyə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Kazimi İranla yanaşı Türkiyə və bölgədəki ərəb ölkələri ilə əlaqələri inkişaf etdirməyə səy göstərdiklərini də ifadə edib.

Bu məqaləni paylaş