Türkiyədə daha 135 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlandı

“Fatih” kəşfiyyat gəmisi Qara dənizdə “Sakarya” yatağındakı “Amasra-1” quyusunda 135 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb. Bununla da Qara dənizdə araşdırma aparan “Fatih” gəmisi tərəfindən aşkarlanan ümumi təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətindəki Osmanlı sultanı Əbdülhəmid dövrünə aid 150 illik tarixi olan “Filyos limanı”nın rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin üç böyük limanından biri olan “Filyos” ölkə ixracatına da çox əhəmiyyətli töhfə verəcək və boğazların yükünü yüngülləşdirəcək. Liman, eyni zamanda, aşkarlanan təbii qazın quruya bağlanmasında da əhəmiyyətli rol oynayacaq. Bu layihənin həyata keçirilməsi bizim 2023-cü il hədəflərimizdən biridir. İlin sonuna qədər ölkə ixracatı 200 milyard dollara çatdırılacaq.

Bu məqaləni paylaş