Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya işlər üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13 iyun tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
“Riker Gürcüstanda hökumət, müxalifət və mülki cəmiyyət liderləri ilə görüşəcək”, – deyə qeyd edilib.
O, Azərbaycan və Ermənistanda hökumət, mülki cəmiyyət və biznes təmsilçiləri ilə Qarabağla bağlı məsələləri müzakirə etmək üçün görüşlər keçirəcək.
Bu məqaləni paylaş