Tsertsvadze: İlin sonu Gürcüstan əhalisi normal həyata geri dönəcək

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan İnfeksion Pataloqiyalar və QİÇS Mərkəzinin direktoru Tengiz Tsertsvadze pandemiya barədə danışıb.

“İlin sonunda pandemiya, demək olar ki, olmayacaq”, – deyə o qeyd edib.

Tsertsvadze deyib ki, ilin sonu üçün bütün ölkələrdə yalnız tək-tək virus halları olacaq.

“Tək-tək hallar olacaq, təxminən keçən yaz və yaydakı kimi və ya ikinci dalğadan sonrakı – fevral-martdakı kimi. Bütün ölkələrdə az sayda xəstələnən olacaq, hətta 100 faizlik vaksinasiyalar da olacaq. Kliniki sektor bunun öhdəsindən o qədər yaxşı gələcək ki, əhali bunu, demək olar ki, hiss etməyəcək, insanlar normal həyata geri dönəcəklər”, – deyə o bildirib.

Mərkəz direktoru əlavə edib ki, may ayında artıq iqtisadiyyatdan görülməmiş 44 faizlik artım olub və bu, daha da çox olacaq.

“İlin sonunda Gürcüstan əhalisi normal həyata geri dönəcək”, – deyə Tsertsvadze qeyd edib.

Bu məqaləni paylaş