Bu sözləri ölkənin tanınmış ilahiyyatçı alimi Seyid Mirhəmid Məmmədov deyib.

Xəbər verdiyimiz kimi, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testi pozitiv çıxıb. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu xəbər dindarların üzüntüsünə səbəb olub.

Az.shafaqna.com saytı məsələ ilə bağlı, ölkənin tanınmış ilahiyyatçı alimi, Bakı şəhəri, Bakıxanov qəsəbəsi İmam Rza (ə) məscidinin imamı Seyid Mirhəmid Məmmədovdan münasibət alıb.

Seyid Mirhəmid Məmmədov deyib: “Bismillahir Rəhmanir Rəhim. Bu günlərdə cənab Seyid Cavad Şəhristaninin COVİD 19 virusuna (koronavirus) yoluxma xəbərini aldıq və bu xəbər bizim müsəlman cəmiyyətimizin narahatlığına səbəb oldu. Seyid Şəhristani görkəmli din alimi olmaqla yanaşı, Mərcə və Müctehidimiz Cənab Ayətullahül Üzma Seyid Əli Sistani ağanın da tam səlahiyyətli nümayəndəsidir, onun dünyanın hər bir yerində müqəddəs din və məzhəbimizin təbliğ və tədris olunmasında izi müşahidə olunur. Odur ki, bu virusa yoluxan bütün xəstələrlə birgə, Seyidin də vücudunun tezliklə sağalmasını Mütəal Allahdan dua edirik. Rəbbimiz bu xəstəliyi tez bir zamanda bəşəriyyətin üzərindən uzaq etsin. Amin.”

Əvvəlki məqaləSuriya: Düşmən planları ilə mübarizə davam edir
Növbəti məqalədəİraqlı deputatlar COVID-19-a görə iclaslara gəlmirlər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

The reCAPTCHA verification period has expired. Please reload the page.