Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırıb.
Az.shafaqna.com xəbər verir ki, bununla bağlı “Twitter” hesabında paylaşım edən H.Hacıyev deyib:
“AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarını Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar. Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyirik!”.
Journalists of AzTV&Azertag became victims of mine deliberately put by Armenia while withdrawing its troops from Kalbajar. International institutions are called for solidarity and condemning this incident. Siraj Abishov and Maharram Ibrahimov Rest in Peace! Allah rəhmət eləsin! pic.twitter.com/TENYUAGVS0
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 4, 2021
Two #Azerbaijani journalists were killed today by an #Armenian landmine. Since Nov. 10 ceasefire, #landmines have killed 20 Azerbaijani civilians & wounded 29 civilians. Also 7 Azerbaijani servicemen have been killed & 84 wounded. #FreeUsFromLandMines pic.twitter.com/dKJkfrbpRx
— Azerbaijan in L.A. (@azconsulatela) June 4, 2021
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.