Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da Nyu-Cersi sahilində naməlum heyvanın nəhəng kəllə sümüyü tapılıb.
Bu barədə “Island Beach” parkının rəsmiləri məlumat verib.
“Heç vaxt fırtınadan sonra çimərlikdə nə tapacağını bilmirsən”, – deyə park administrasiyası bildirib.
İnsan boyunun yarısı boyda olan və itiuclu sifəti olan kəllə sümüyünün şəkli sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Sümüyün hansı heyvana aid olması barədə müzakirələr gedib.
Sonradan park administrasiyası bildirib ki, bu, boyu 7-8 metr və çəkisi ortalama olaraq 4-5 ton olan balinaya (minke whale) aiddir.
Bu məqaləni paylaş