Ağ Ev Baydenlə Ərdoğanın görüşəcəyini təsdiqlədi

Az.shafaqna.com xəbər verir ki, 14 iyunda NATO sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə məlumat Ağ Ev tərəfindən təsdiq edilib.

Xatırladaq ki, RİA-nın məlumatına görə, Ərdoğan bildirib ki, Baydenlə görüş zamanı Ankara və Vaşinqton arasındakı gərginliyin səbəblərini müzakirə edəcək.

Türkiyə prezidentinin sözlərinə görə, Tramp və digər demokrat ABŞ prezidentləri dövründə iki ölkə arasındakı münasibətlər bu dərəcədə gərginləşməyib.

Ərdoğan Bayden administrasiyasını digər ABŞ administrasiyaları kimi PKK terror təşkilatına dəstək verməkdə ittiham edib.

Bu məqaləni paylaş