Gürcüstanda biznes sektorunda çalışanların sayı azalıb

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 2021-ci ilin 1-ci kvartalında biznes-sektorda işləyənlərin orta sayı 622,7 min nəfər olaraq qiymətləndirilirdi ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz azdır.

Əməkdaşların ümumi sayının 42 faizini qadınlar, 58 faizini isə kişilər təşkil edir.

Bu barədə məlumatı Gürcüstan Milli Statistika Xidməti təqdim edib.

Qeyd edilir ki, bu sahədə çalışanların 41,5 faizi iri biznes, 22,5%-i orta biznes, 36 faizi isə kiçik biznes təmsilçiləridir.

Əməkdaşların ümumi sayı 586,4 min nəfər təşkil edib ki, bu da keçən ilin oxşar dövrü ilə müqayisədə 8,5% azdır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş