Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran bu barədə məlumat yayıb.
Türkiyə İnterpolun bu il keçiriləcək 89-cu Baş Assambleya yığıncağına ev sahibliyi edərək, təşkilatla münasibətlərini konstruktiv anlayışla davam etdirmək əzmində olduğunu daha bir dəfə təsdiqləyəcək.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komitəsinin dünənki (02 İyun) iclasında, Türkiyə ilə Beynəlxalq Cinayət Polis İdarəsi (İnterpol) arasında 2021-ci ildə İstanbulda təşkil ediləcək 89-cu Baş Assambleya yığıncağı və İcraiyyə Komitəsinin iclaslarında Güzəştlər və imtiyazlara dair razılaşmanın təsdiq edilməsi məqsədəuyğun hesab edilib.
Türkiyənin Xarici İşlər Nazirinin müavini Kıran, komissiyada millət vəkillərinə məlumat verərək, Türkiyənin 194 üzvü olan İnterpolun qurucu üzvlərindən biri olduğuna diqqət çəkib və bütün ölkələrdən yüksək səviyyəli polis nümayəndələrinin qatıldığı Baş Məclisin ən yüksək səviyyəli səlahiyyətli orqan olduğunu vurğulayıb.
İldə bir dəfə təşkil olunan Baş Məclisin iclaslarının beynəlxalq cinayətlərə qarşı təsirli mübarizə üçün həyata keçiriləsi tədbirlərin müzakirəsinə, problemlərin həllinə, yeni metod və texnikaların qiymətləndirilməsinə zəmin yaratdığını ifadə edən Kıran, Türkiyənin daha əvvəl də iki dəfə Baş Assambleya yığıncağına ev sahibliyi etdiyini xatırladıb.