Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Aqmaşenebeli Strategiyası”, Zurab Caparidze, Qriqol Vaşadze, Xatuna Samnidze və Tariel Nakaidze birləşərək ilk parlament fraksiyasını yaradırlar.
Fraksiya “Şarl Mişelin islahat qrupu” adlanacaq.
Bu barədə “Respublika Partiyası”-nın üzvü Xatuna Samnnidze bildirib.
O deyib ki, birləşmək üçün əsas təməl Şarl Mişelin sənədi və hər bir deputatın öz üzərinə götürdüyü partiya və fərdi məsuliyyətdir.
Fraksiyaya Xatuna Samnizde başçılıq edəcək, fraksiyanın aparat başçısı isə Sergo Çixladze olacaq.
Bu məqaləni paylaş