Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail baş naziri Binyamin Netanyahunun mümkün xələfi Naftali Bennet özünün ifrat sağçı anti-Fələstin baxışları ilə məşhurdur.
Bununla yanaşı, 49 yaşlı siyasətçi millətçi və dini baxışlara sahibdir.
Bennet parlamentin etimad rəyini alarsa, 12 ildir ki, baş nazir olan Netanyahunu bu postda əvəz edəcək.
Bennet özünün siyasi karyerasına 2005-ci ildə Netanyahunun müavini postu ilə başlayıb.
İsrail ordusunun keçmiş xüsusi təyinatlısı olan Bennet bir neçə il öncə demişdi: “Ömrüm ərzində mən çoxlu ərəb öldürmüşəm, bunda heç bir problem yoxdur”.
Qeyd edək ki, onun başçılıq etdiyi partiya Fələstinin dövlət kimi mövcudluğunun əleyhinədir.
Bu məqaləni paylaş