Az.shafaqna.com xəbər verir ki, “Microsoft” şirkəti 24 iyunda proqramı təminatı “Windows”-un yeni versiyasını təqdim edəcək.
Bu barədə “Bloomberg” şirkətin baş direktoru Satyu Nadellaya istinadən məlumat verib.
Qeyd edilir ki, əməliyyat sisteminin yeni versiyası ilk olaraq “Windows Insıders” testçi qrupu üçün əlçatan olacaq.
Nadellanın sözlərinə görə, yeni sistemin yenilənmiş dizayn və proqram yaradıcı və hazırlayanları üçün genişləndirilmiş imkanları olacaq.
“Windows”-un yeni versiyasının rəsmi çıxışı payıza planlaşdırılıb.
Bu məqaləni paylaş