Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda 2020-ci ilin payızında keçirilmiş parlament seçkilərinin bülletenlərinin təkrar sayımı bu gün 10:00-da başlayıb.
Bu barədə parlamentin saytında məlumat verilib.
Müvəqqəti parlament komissiyasının başçısı Qivi Mikanadze bildirib ki, təsadüfi seçim metodu ilə müəyyən edilmiş 20 seçki məntəqəsində bülletenlər eyni üsulla seçilmiş 12 peşəkar tərəfindən 2 gün ərzində sayılacaq. Bülletenlərin təkrar sayım prosesi canlı yayımlanacaq.
Mikanadze komissiya üzvlərini bülletenlərin təkrar sayım və məntəqə seçki komissiyalarının yekum səsvermə protokollarının yoxlanışı təlimatı ilə tanış edib.
Xatırladaq ki, ölkənin qanunverici orqanındakı istintaq komissiyası 17 fevralda hakim “Gürcü Arzusu”-nun təşəbbüsü ilə müxalifətin parlament seçkilərinin saxtalaşdırılmasına dair ittihamına cavab olaraq yaradılıb.
Hakim partiyanın vədinə əsasən, komissiya bir sıra məntəqələrdəki səsləri yenidən sayacaq və əgər nəticələr Gürcüstan MSK-ın nəticələri ilə üst-üstə düşməsə, ölkədə yeni parlament seçkiləri təyin ediləcək.
Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, “Gürcü Arzusu” parlamentdə 90 yer qazanıb, digər 60 yer isə 8 müxalifət partiyasının payına düşüb.