Zurabişvilidən 8 məhbus qadının barəsində əfv qərarı

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Ninooba” münasibəti ilə 8 məhbus qadının barəsində əfv qərarı çıxarıb.

Bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Məhbuslardan 4-ü cəzadan tam azad edilib, digər 4-nün isə həbs müddəti qısaldılıb.

Zurabişvili əfv aktını bu gün imzalayıb.

Bu məqaləni paylaş