Əfqanıstanda terror: Ölənlər var – FOTO

Əfqanıstanın paytaxtı Kabildə ardıcıl bombalı hücumlar nəticəsində 10 nəfər ölüb,12 nəfər yaralanıb.

Az.shafaqna.com xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyi mətbuat katibinin müavini Həmid Rusanın verdiyi məlumata görə, hücumlar Kabulun Sar-i Kəriz və Qolai Davahane bölgələrində törədilib.

Ardıcıl hücumlar nəticəsində 10 mülki şəxs həyatını itirib və 12 nəfər yaralanıb.

Terror hücumunu üzərinə götürən olmayıb.

Shafaqnanın Əfqanıstan bölməsi partlayış baş verən olay yerindən fotolar yayımlayıb. Az.shafaqna.com bu fotoları təqdim edir:

Bu məqaləni paylaş