
Az.shafaqna.com xəbər verir ki, Suriya xarici işlər naziri Feysal əl-Miqdad bildirib ki, Suriya xalqı və hökuməti düşmənlərin planlarına qarşı qətiyyətlə mübarizə aparacaq.
O qeyd edib ki, son 10 ildə olduğu kimi, Suriya müxtəlif səviyyələrdə ABŞ-ın planları ilə mübarizə aparacaq və bu işdə suriyalılar hökumətin yanındadırlar.
ABŞ-ın Suriyaya qarşı “Sezar qanununu” şərh edən əl-Miqdad deyib ki, “bu qanun həm də qonşu ölkələrə qarşı tuşlanıb və Suriya dost ölkələrlə əməkdaşlıq və koordinasiya edərək bu planlara qarşı mübarizə aparır”.
Xatırladaq ki, adıçəkilən qanun 2019-cu ildə ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb. Qanun ABŞ Suriya təsisat və ayrı-ayrı şəxslərinə sərt sanksiyaların qoyulmasını nəzərdə tutur.(islamazeri)






























