Gürcüstanda qaz silahının gəzdirilməsinə icazə verilə bilər

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan parlamentində “Silaha Dair” qanuna vətəndaşların qaz silahını daşımalarına icazə verən dəyişikliklər irəli sürülüb.

Qanun layihəsində göstərilib ki, qaz silahı müdafiə vasitəsi olduğu və müdafiə funksiyası yerinə yetirdiyi üçün onun qeydiyyatı daşınma hüququ ilə həyata keçirilir, lakin müəyyən şərtlər çərçivəsində. Daha öncə qaz silahının daşınması icazəsi yalnız ictimai hüquqlu hüquqi şəxlərə verilirdi.

Qanun layihəsinə əsasən, qaz silahının açıq şəkildə daşınması, həmçinin ictimaiyyətə nümayişi qadağan edilir.

Bununla yanaşı, qanun layihəsinə əsasən, səs (akustik) silahının da istifadəsi qadağan edilir. Ondan yalnız müəyyən məqsədlər üçün istifadə etməyə icazə verilir – teatr tamaşaları, kino- və teleşoular, tarixi səhnələr, paradlar və idman tədbirlərində.

Bu, onunla izah edilir ki, bu növ silahın müdafiə funksiyası yoxdur, ona görə də fiziki şəxslərin onu daşıması qadağan edilir.

“Statistikaya əsasən, 2020-ci ildə gürcüstanda səs silahının istifadəsi ilə 18 qarət, 2021-cü ildə isə 8 qarət həyata keçirilib. 2020-ci ildə səs silahının tətbiqi ilə 24, 2021-ci ildə isə 12 zorakı cinayət həyata keçirilib. 2020-2021-ci illərdə qaz, səs və pnevmatik silahı 755 halda müsadirə edilib”, – deyə qanun layihəsində qeyd edilib.

“Silaha Dair” qanunda yanlış izahdan qaçmaq üçün qaz silahına açıq-aydın izah verilir. Bu, canlı obyektin gözyaşardıcı və ya qıcıqlandırıcı maddələr vasitəsi ilə müvəqqəti olaraq sıradan çıxarılması üçün nəzərdə tutulmuş silah və ya revolverdir, onun mərmi və ya qırma mərmisini atmasını istisna edən xüsusi məhdudlaşdırıcısı var.

Qeyd edək ki, Gürcüstanda silahın əldə edilməsi qaydaları da “Silaha Dair” qanunla tənzimlənir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş