Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, Latviyadan olan ağır atlet Rebeka Koxa İslam dinini qəbul edib.

O, bu haqda “Instagram” hesabında yazıb.

İdmançı xanım sosial şəbəkələrdəki bütün köhnə şəkillərini silib və izləyicilərinə müraciət edərək İslamdan öncəki şəkillərini paylaşmamağı xahiş edib.

Koxa deyib ki, öz həyatında olduqca mühüm qərar qəbul edib və şəhadət gətirib.

Bütün deyə biləcəklərim budur ki, mən xoşbəxtəm və buna görə minnətdaram! Mən düzgün addım atdığıma əminəm”, – deyə o qeyd edib.

O, həmçinin izləyicilərindən onun seçiminə hörmətlə yanaşmağı da xahiş edib.

Xahiş etdiyim yeganə şey ehtiramdır. Əgər siz yaxşı heç nə deyə bilmirsinizsə, susmağınız daha yaxşıdır”, – deyə o əlavə edib.