Səbail Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub

Səbail Rayon İcra Hakimiyyəti başçısının (RİHB) əmrinə əsasən, RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Az.shafaqna.com xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Bu məqaləni paylaş