Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin vaxtının dəyişdirilməsini tələb edib.

O deyib ki, 2020-ci ildə “poçt vasitəsi ilə keçiriləcək ümumi seçkilər tarixin ən qeyri-dəqiq və fırıldaqçı” seçkiləri olacaq.

Bu, ABŞ üçün böyük rüsvayçılıq olacaq. Bəlkə, seçkiləri insanlar normal, sakit və təhlükəsiz şəkildə səs verə biləcəyi tarixədək yubadaq?”, – deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda baş tutacaq.