Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ərəb ərəb gənc müsəlman Əbdül-Rəhman əl-Dosri ondan minlərlə km uzaqda yaşayan və böyrək çatışmazlığından əziyyət uşağa öz böyrəyini bağışlamaq qərarına gəlib.
10 yaşlı Feysal əl-Subəyyə 2018-ci ilin dekabr ayından müalicə almaqda idi və onun xəstəliyi getdikcə pisləşməkdə idi.
Lakin uşağın ailəsinə tanış olmayan müsəlman gəncin fədakarlığı uşağa sağalmaq və sağlam həyat sürmək ümidi bəxş edib.
Əl-Dosri bildirib ki, məktəb vaxtlarından xeyriyyə barədə düşünür, bu barədə çoxlu oxuyub. Böyüdükdən sonra isə müxtəlif sahələrdə könüllü olub.
Gənc yaşlarından özünə deyib ki, “məsələ başqalarına yardıma çatdıqda insanlar insan olmalı və paxıl və eqoist olmamalıdırlar” və İslam dininin də insanları yaxşılığa səslədiyini qeyd edib.