Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Dubay İcra Şurasının sədri və vəliəhd şahzadə Şeyx Həmdən bin Məhəmməd bin Raşid Ali-Məktum şəhər planlaşdırılması üzrə ali komitənin yaradıldığını elan edib.
Yeni orqanın vəzifəsi Dubayı 2040-cı il üçün dünyanın ən yaxşı şəhərinə çevirməkdir.
Komitə şəhər inkişafı, o cümlədən də 2040-cı ilədək Baş planın həyata keçirilməsi məsələlərini kurasiya edəcək.
“Məqsədimiz effektivlik və idarəçiliyin ən yüksək səviyyəsini təmin etməkdir. Məqsədimiz Dubayı dünyada həyat üçün ən yaxşı şəhər etməkdir”, – deyə Həmdan qeyd edib.
Onun sözlərinə görə, yeni komitə nəticələrin əldə edilmə templərini sürətləndirmək üçün təyin edilən məqsədlərə nailiyyət səviyyəsinə nəzarət edəcək.
Qeyd edək ki, yaxın 20 il üçün əmirliyin inkişafı üçün nəzərdə tutulan “Urban Master Plan 2040” planına əsasən, ictimai çimərlik ərazilərinin sahəsi 40% artacaq, əmirlik ərazisinin 60%-i isə yaşıllaşdırılacaq.
Otel və turizm obyektləri üçün ayrılmış torpaq sahələrinin sahəsi 134% artacaq. Ticarət və kommersiya üçün daha 168 kvadrat km ərazi ayrılacaq. Yaşıl və tənəffüs zonaları iki dəfə artacaq.