Özbəklər ABŞ-da məscid inşa etdirəcək

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, özbək diasporası ABŞ-da məscid inşa edəcək.

Yeni ibadətgah Ohayo ştatının Sinsinnati şəhərində tikiləcək.

Bunun üçün Ohayo ştatının özbək icması 2,7 hektar sahəsi olan ərazi alıb.

Hazırda məscid binasının layihələşdirilməsi və layihə-smeta sənədlərinin hazırlanması üçün tender keçirilir.

Məlumdur ki, müsəlman kompleksi ərazisində 600-700 nəfərlik məscid, dəstəmazxana, diaspora təşkilatının ofisi, həmçinin avtodayanacaq olacaq.

Bununla yanaşı kompleks daxilində məşğələlər üçün siniflər də olacaq. Orada özbək uşaqlar üçün özbək dili və ədəbiyyatı tədris olunacaq.

Bu məqaləni paylaş