
Az.shafaqna.com “1TV News”-ə istinadən xəbər verir ki, Əfqanıstan hökuməti həbsxanalardakı 5 min “Taliban” terrorçusundan 4600-nü azad edib.
Bu haqda Əfqanıstanın ikinci vitse-prezidenti Məhəmməd Sərvər Daniş bildirib.
“Taliban” terror təşkilatı da cavab olaraq 30 iyul axşamadək daha 79 əfqanıstanlı əsiri sərbəst buraxaraq ümumi azad edilənlərin sayını 1002-yə çatdırmaq niyyətindədir.
Qeyd edilir ki, “Taliban” ABŞ-la imzaladığı saziş əsasında, Əfqanıstan hökumətindən 5 min “Taliban” terrorçusunu azad etməyi tələb edir və bunun, “daxili danışıqların başlaması üçün” tez bir zamanda baş verməsini istəyir.






























