Gürcüstanda komendant saatı yenidən qısaldıldı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda gecə vaxtı hərəkət məhdudiyyəti daha 1 saat qısaldıldı.

Qərar Qurumlararası Koordinasiya Şurasının (QKŞ) bugünkü iclası zamanı qəbul edilib.

Bu gündən Gürcüstandakı “komendant saatı” 23:00-dan 04:00-dək qüvvədə olacaq. Daha öncə isə 05:00-dək qüvvədə idi.

Bu addım fermerləri kənd təsərrüfatı məhsullarının satışında dəstəkləmək üçün atılsa da, hər kəsə – adi vətəndaşlar və turistlərə də aiddir.

Bildirilib ki, məhdudiyyətlərin yumşaldılması prosesində QKŞ ardıcıl və ehtiyatlı tədbirlər görməyə davam edir ki, bir tərəfdən iqtisadiyyatın bərpasına kömək edilsin, digər tərəfdən də epidemioloji vəziyyətin kəskin pisləşməsindən qaçmaq mümkün olsun.

Bu məqaləni paylaş