Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisinin 10 faizinin sentyabrın sonuna, 30 faizinin ilin sonuna qədər yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd olunmasına çağırıb.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ÜST-nin ən yüksək qərar qəbul edən orqanı olan Dünya Sağlamlıq Assambleyasının (DSA) 74-cü buraxılışı İsveçrənin Cenevrə şəhərində sona çatıb.
Baş direktor Tedros Adhanom Qebreyesus 24 may tarixində video konfrans formatında başlayan iclasın son günündə 194 üzv ölkənin nümayəndələrinə müraciət edib.
O, Dünya Sağlamlıq Assambleyasınında beynəlxalq epidemiya müqaviləsini müzakirə etmək üçün 29 noyabrda ÜST-ün xüsusi iclasının keçirilməsinə qərar verildiyini xatırladıb.
“Həqiqət budur ki, bu epidemiyaya son qoymaq üçün hələ çox işimiz var” deyən Qebreyesus “Covid-19” yoluxma halları və epidemiya ilə əlaqədar ölümlərin qlobal miqyasda azalmasına baxmayaraq hər hansı bir ölkə üçün təhlükənin keçdiyini düşünməyin böyük bir səhv olacağı barədə xəbərdarlıq edib.
Qebreyesus ədalətli peyvənd olunma və ümumi xalq sağlamlığı tədbirlərinin epidemiyanı sona çatdırmağın yolu olduğunu ifadə edərək, “Bütün üzv dövlətləri sentyabrın sonunda bütün ölkələrin əhalisinin ən azı 10 faizinin və ilin sonuna qədər 30 faizinin peyvənd olunmasını təmin etmək üçün keçən bazar ertəsi günü təyin etdiyim hədəfləri dəstəkləməyi öhdələrinə götürməyə çağırıram” deyib.