Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə Yunanıstan tərəfi ilə ilkin şərtlər olmadan bütün sahələrdəki münasibətlərin ikitərəfli inkişafı üçün dialoq və danışıqlara hazırdır.
Bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendiasla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə Yunanıstan tərəfi ilə konkret layihələrin reallaşmasına və əməkdaşlığa yönəlmiş birgə işə başlayıb və artıq 25 bənd üzrə razılıq əldə edilə bilib.
Bu gün Yunanıstan tərəfi ilə əldə edilmiş razılıq ölkələrin turizm sektoruna qarşılıqlı müsbət töhfəsini verəcək.
Bundan başqa, Çavuşoğlu deyib ki, iki ölkə arasında vaksinlə bağlı da razılıq əldə edilib.
Bu məqaləni paylaş