
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Pakistanın Pişəvər şəhərində küfrdə ittiham edilən Tahir Əhməd Nəsim məhkəmə zalında güllələnib.
Məhkəmə prosesində iştirakçı qismində iştirak edən şəxs 6 atəşlə onu öldürüb.
Yerli məhkəmə Nəsimə ölkə qanunvericiliyinin 3 maddəsi ilə cinayət işi açmışdı: dindarların təhqir edilməsi, Qurani-Kərimin təhqir edilməsi və İslam Peyğəmbərinin (s) təhqir edilməsi.
Ölkə qanunvericiliyində bu cür cinayətlərə görə ölüm cəzası nəzərdə tutulur.






























