Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, “Milli Hərəkatın” parlamentə daxil olmaq qərarı onların məğlubiyyətinin yekun rəsmiləşdirilməsidir.
Onun sözlərinə görə, “Milli Hərəkat” heç bir vədini yerinə yetirə bilmədi.
“Bu siyasi qüvvənin heç bir resursu yoxdur ki, demokratik sistemin işləməsinə hər hansı bir müsbət töhfə verə bilsin. Əgər onlar hətta Şarl Mişelin sənədini imzalamadan parlamentə daxil olsalar belə, onların parlamentdəki mövcudluğunun hətta formal dəyəri yoxdur”, – deyə o qeyd edib.
Kobaxidze deyib ki, bundan başqa, Mişelin sənədini imzalamaqdan imtina etmək o deməkdir ki, “Milli Hərəkat” hələ də dövlət institutlarını və beynəlxalq həmkarlarını tanımır və onlara ehtiram etmir.
“Müvafiq olaraq ki, onların qərarının məntiqi nəticələri olacaq. Hər şeydən öncə, əgər “Milli Hərəkat” Mişelin sənədini məntiqə uyğun müddətdə imzalamasa, onlar Mişelin sənədi ilə nəzərdə tutulan və ya gələcəkdə yaradılacaq qərarların hazırlanması üçün yaradılacaq hər hansı bir işçi qrupun işində iştirak edə bilməyəcəklər.
Bundan başqa, əgər “Milli Hərəkat” Mişelin sənədini məntiqə uyğun müddətdə imzalamasa, sənədin müxalifət partiyaları üçün nəzərdə tutduğu heç bir imtiyazlardan istifadə edə bilməyəcəklər. Biz əminik ki, sonda “Milli Hərəkət” geri addım atmalı və Mişelin sənədini imzalamalı olacaq”, – deyə o əlavə edib.