Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Kabarda-Balkariya, Dağıstan və Buryatiya respublikalarında keçirilmiş axtarışlardan sonra terror dəstəsinin üzvləri saxlanılıblar.

Onlar Rusiya Federasiyası Kalmıkiya Respublikasında yerləşən həbsxanada məhbus həyata yaşayan zaman elə oradaca İŞİD tərəfdarı terror dəstəsi yaradıblar.

Həbsxana rəhbərliyi isə rüşvət müqabilində onlara “himayəçilik” edirdi.

Ümumilikdə şübhəli və müttəhim qismində 40 şəxsin, o cümlədən də həbsxana rəisi Pavel Batayev və onun keçmiş müavini Artur Tsamayevin adı hallanır.