Şimali Koreyanın hədəfi ABŞ-dır

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Şimali Koreyanın “hədəfi” Cənubi Koreya yox, müttəfiqindən sadəcə “istifadə edən” ABŞ-dır.

Bu barədə Şimali Koreyanın dövlət informasiya agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

“Hədəfimiz Cənubi Koreya qoşunları deyil, okeanın o tayındakı ABŞ-dır”, – deyə beynəlxalq siyasət şərhçisi Kim Myon Çxolya qeyd edib.

Bildirilib ki, ABŞ Cənubi Koreyadan istifadə edərək özünün hegemonluq məqsədlərini həyata keçirməyi planlaşdırır və ABŞ-ın bu rəftarı “öz barmağı ilə öz gözünü çıxartmağa çalışan axmaq adamın rəftarıdır”.

Bu məqaləni paylaş