Sputnik

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda məcburi köçkünlərdən ibarət minə yaxın ailə mənzillə təmin ediləcək.

Onlar Sameqrelo-Zemo Svaneti regionunda yerləşən Zuqdidi şəhərindəki yeni çoxmərtəbəli binalarda yerləşdiriləcəklər.

Yeni tikililərin təqdimatında səhiyyə naziri Yekaterina Tikaradze və Məcburi Köçkünlər Agentliyinin direktoru Besarion Simonişvili iştirak ediblər.

Tikaradze bildirib ki, məcburi köçkünlər indiyədək yaşamalı olduqları qəzalı binalardan köçürülməyə başlayır.

Xatırladaq ki, hazırda Gürcüstan 273,4 mindən çox məcburi köçkün var, bu isə, 88,7 mindən çox ailə deməkdir. Dövlət mərhələli şəkildə onları evlərlə təmin edir.