Paşinyan: Azərbaycanla sərhəddə Rusiya sərhədçiləri yerləşdirilə bilər

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejimi Azərbaycan ilə sərhəddə Rusiya sərhədçilərinin və ATƏT-in Minsk qrupunun digər ölkələrindən olan müşahidəçilərin yerləşdirilmsəsini dəstəkləyir.

Bu barədə işğalçı rejiminin baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

O deyib ki, Azərbaycan öz qoşunlarını sərhəddən çəkərsə, Ermənistan da bu addımı atacaq.

“Bundan sonra bu sahədə rusiyalı sərhədçilər yerləşdirilə bilər, əgər bizim rusiyalı həmkarlarımız bununla razıdırlarsa. Orada rusiyalı sülhməramlıların və Minsk qrupunun digər ölkələrindən müşahidəçiləri də yerləşdirilmək olar”, – deyə o bildirib.

Onun sözlərinə görə, növbəti addım isə sərhədlərin demarkasiya və delimitasiyası ola bilər.

Bu məqaləni paylaş