Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının çoxalması riskini artırır.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze məlumat verib.
Gürcüstan artıq öz hava sərhədlərini açıb, 1 iyundan isə turistlər üçün quru sərhədlərini də açmağı planlaşdırır.
“Sərhəddən mənfi PZR-testi olmayan insanları buraxmaq olmaz. Həmçinin peyvənd olunmuşlar üçün də 2 dəfə mənfi test vacib olmalıdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda qüvvədə olan məhdudiyyətlərdən başqa, Gürcüstanda olacaq xaricilərin test edilməsi üçün yeni qaydalar da hazırlanır.
“Aydındır ki, iqtisadiyyat açıq olmalı və inkişaf etməlidir, turizm də onun açılışının əsas mənbələrindən biridir, lakin biz intizamlı olmalı, maska taxmalı və sosial məsafəyə əməl etməliyik”, – deyə Qamkrelidze əlavə edib.